Arqo deyimlər-5
Elə bil götündə s.k qalıb
-həyəcanlı, təlaşlı olmaq anlamında
Elin s.ki ilə gərdəyə girilməz
-bir iş tutarkən başqasına deyil, özünə güvənməlisən
Ardı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Elə bil götündə s.k qalıb
-həyəcanlı, təlaşlı olmaq anlamında
Elin s.ki ilə gərdəyə girilməz
-bir iş tutarkən başqasına deyil, özünə güvənməlisən
Dağda təkə s.killər, bir ucun bizə dikillər
-uzaqda nə bəllı olsa günahını bizdə görürlər
Dar götdən dar osturaq
-az tapılan, nadir (lağ mənasında)
Deyingənin götünü iş s.kər
-başı işə qarışar, deyinmək yadından çıxar
Dünya xiyar kimidir — bir gün ağzına, bir gün dalına
-hər ağ günün bir qara günü var deyiminin türkəsaya ifadəsi
Canı yanan, cırt osturan çıxıb
-süni canıyananlıq edən adam haqqında
Cavanlıqda da bir pox deyildi
-bacarıqsızlılığını yaşlılıqla bağlayan adama deyilər
-Molla Nəsrəddin bir gün arxı hoppananda suya düşər, yanındakılara «eh, cavanlıq, cavanlıq» deyər, sonra ürəyində özü-özünə «heç cavanlıqda da bir pox deyildim » deyər
Çox yeyən pox yeyər
-tamahkar insan sonunda ziyanını çəkər
Başı aşağı, s.ki yuxarı
-zahirən özünü utancaq (başıaşağı) göstərən düşkün, yaramaz insanlar haqqında
Bablı babın tapar, osturaq qabın
-taylı tayım tapar, hətta ən pislər də öz layiqlilərini
Başqasının götü ilə osturmaq
-başqasının imkanları hesabına təkəbbür satmaq, öyünmək
Baxdığım üzə sıçmaram, sıçdığım üzə baxmaram
-münasibət məsələlərində qətiyyətli olmaq, təqribən: sevdiyim insandan küsmərəm, küsdüyüm insanla barışmaram
Adam öz ocağına sıçmaz
-adam öz evinə (ailəsinə, yuvasına, vətəninə) qarşı hərəkət etməz və ya söz danışmaz
Adı addıdı, poxu daddıdı
-adlı-sanlı, varlı birisinin əksikliklərinə göz yumulması anlamında
Adam s.kinə böhtan deməz
-dolayısıyla, adam öz övladına böhtan deməz, bu özünə böhtan deməyə bərabərdir